yoxa çıxdı (bir kəsdən xəbər-ətər yoxdur)

someone has vanished (leapt off) as though swept down (blown off) by a gust of wind / as if the wind has blown someone away / someone disappeared like a shot from a gun / there is no sign of someone or smth. / he (she) has vanished into thin air / he (she) has disappeared without trace как (будто, словно, точно) ветром сдуло / слыхом (слухом) не слыхать (куда-то исчез, скрылся)
yoxa çıxartmaq
yoxa çıxıb, bir kəs yoxa çıxıb
OBASTAN VİKİ
Yoxa çörəyi
Yoxa çörəyi (az-əbcəd. یوخا چؤرَگی‎) — Azərbaycan türklərinin ənənəvi çörəklərindən biri ki Azərbaycan Respublikası və Güney Azərbaycanın bir çox yerlərində o cümlədən Qəzvin, Təbriz və Qaradağ bölgələrində hazırlanır. 5 stəkan ağ un 3 stəkan şəkər 3 yemək qaşığı qatı yağ Lazım olan miqdarda su Un, şəkər və yağı xəmir və su ilə qarışdırıb, xəmiri otaq temperaturunda 10 saat dincəlməyə qoyun. Sonra xəmiri xüsusi çubuqlarla açıb və hamarlaşdırmaqdan sonra, sac üzərində bişirin.
Xəbər
Xəbər — Bir iş, hadisə və s. haqqında məlumat.
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (erm. Դաշնակցությունը անելիք չունի այլևս) — Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, "Daşnaksütyun" partiyasının baş qurultayında SSRİ və Avropa nümayədəliyinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabatdır. Hovannes Kaçaznuni 1867-ci ildə Gürcüstana aid Axalsıxs bölgəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu şəhərdə, orta təhsilini Tiflisdə başa vurduqdan sonra,1887-ci ildə Sankt-Peterburqdakı Memarlıq İnstitutuna daxil olaraq, 1893-cü ildə birinciliklə bitirdi. Təhsilini başa vurduqdan sonra, 1893-1895 və 1899-1906-cı illərdə Bakıda, 1895-1897-ci illər arasında Batumi və 1897-1899-cu illərdə Tiflisdə memar işləyib. 1899-1906 illəri arasında Bakıda memar olaraq çalışaraq xəstəxanalar və çoxmərtəbəli binalar dizayn etdi,ən diqqətəlayiq işi 1911-ci ildə tamamlanan Müqəddəs Faddey və Varfolomey kilsəsi oldu. 1906-cı ildən sonra həyatını siyasi və ictimai fəaliyyətə həsr etdi. Bir müddət Bakıda da işləyən Kaçaznuni daşnaklarla da Bakıda tanış olub. 1917-ci ildə Erməni Milli Şurasına üzv qəbul edilib, 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasında dövlət xeyriyyəsi naziri kimi çalışıb. Elə həmin il yaradılan Ermənistan Respublikasının baş naziri olan Daşnaksütyun Partiyasının lideri kimi də şöhrət qazanıb.
TRT Xəbər
TRT Haber TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 mart 2010-cu il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT 2 bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. 18 noyabr 2013-cü il tarixində "HD" yayıma başlamış və 16:9 formatlı yayıma keçmişdir.
Xəbər (dəqiqləşdirmə)
Xəbər
Xəbər (qrammatika)
Xəbər — haqqında danışılanın hərəkət və ya əlamətini bildirən cümlənin baş üzvüdür. Əsasən, sonda gəlir. Xəbər "nə edir?" (felin bütün şəkil və zamanlarında), "kimdir?", "necədir?" ,"haradadır?" və s. suallarından birinə cavab verir. Feilin təsriflənən formaları (əmr, xəbər, arzu, lazım, vacib, şərt) və frazeoloji birləşmələrlə ifadə olunur. Məsələn: Əmr şəkli ilə — Sevdiyim kitabı götürmə! Xəbər şəkli ilə — Müəllim dayanmadan yazırdı. Arzu şəkli ilə — Kaş o bu gün gələ idi. Lazım şəkli ilə — Dayım sabah gələsidir. Vacib şəkli ilə — Şəhidlərimizin xatirələrini unutmamalıyıq!
A Xəbər
A Haber — "Çalık Holding" tərəfindən qurulmuş, Türkiyədə ilk dəfə HD yayımlanan xəbər kanalıdır. Kanalın rəhbərliyini Habertürk TV-nin keçmiş rəhbəri Erdoğan Aktaş üzərinə götürmüş, amma işdən çıxmağa qərar verdikdən sonra onun yerinə əvvəl köməkçisi olmuş Cengiz Er keçmişdir. Həm HD, həm də SD yayımlanır. TRT Türk-dən sonra 16:9 (geniş ekran) formatlı yayıma keçən ikinci xəbər kanalıdır. Kanal xəbər proqramlarından başqa futbol qarşılaşmalarını da yayımlayır. "Copa America 2011", "İtaliya Superkuboku" və "Ziraat Türkiyə Kuboku"nun yayım hüquqlarına malikdir. A Haber ilə birlikdə yayıma başlayan HD kanal. Həmçinin ilk şifrəsiz HD xəbər kanalıdır.
Xəbər saytı
Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzet — qəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər. İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir. Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər. Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir. Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur.
Xəbər agentliyi
Xəbər agentliyi və ya informasiya agentliyi — xəbərləri toplayan və onları qəzetlər, jurnallar, radio və televiziya yayımçıları kimi özünə abunə olan xəbər təşkilatlarına satan təşkilat. Xəbər agentlikləri öz press-relizləri ilə tanınırlar. Dünyada bir çox xəbər agentlikləri olmasına baxmayaraq, üç qlobal xəbər agentliyinin – "Agence France-Presse" (AFP), "Associated Press" (AP) və "Reuters"in dünyanın əksər ölkələrində ofisləri var, medianın bütün sahələrini əhatə edir və beynəlxalq xəbərlərin əksəriyyəti dünya qəzetləri tərəfindən çap olunur. Keçmişdə yalnız bir neçə böyük qəzet öz şəhərlərindən kənarda büroların xərclərini qarşılaya bilirdi. Onlar bunun əvəzində xəbər agentliklərinə, xüsusən də Fransada "Agence France-Presse" (AFP) və ABŞ-də "Associated Press" agentliyinə etibar edirdilər. AFP-nin keçmiş əməkdaşları 1851-ci ildə Britaniyada "Reuters", 1849-cu ildə isə Almaniyada "Wollfs"-un əsasını qoyublar. Bu agentliklər bütün abunəçilərə tək obyektiv xəbər lenti təqdim etmək kimi əsas fəlsəfə ilə fəaliyyətə başlamışdır. Conatan Fenbi fəlsəfəni belə izah edir: 1960-cı illərdən etibarən iri agentliklərə televiziya və jurnallarda yeni imkanlar yaradılmış və xəbər agentlikləri isə tələbatı daim artan görüntü və fotoların ixtisaslaşmış istehsalı ilə təmin olunmuşdur. Məsələn, onlar Fransada milli bazarın üçdə ikisini təşkil edir. 1980-ci illərə qədər dörd əsas xəbər agentliyi - AFP, AP, UPI və "Reuters" bütün dünyada qəzetlər tərəfindən çap olunan xarici xəbərlərin 90%-dən çoxunu təmin edirdi.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Daşnaksutyun Partiyasının edəcəyi bir şey yoxdur (hesabat)
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (erm. Դաշնակցությունը անելիք չունի այլևս) — Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, "Daşnaksütyun" partiyasının baş qurultayında SSRİ və Avropa nümayədəliyinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabatdır. Hovannes Kaçaznuni 1867-ci ildə Gürcüstana aid Axalsıxs bölgəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu şəhərdə, orta təhsilini Tiflisdə başa vurduqdan sonra,1887-ci ildə Sankt-Peterburqdakı Memarlıq İnstitutuna daxil olaraq, 1893-cü ildə birinciliklə bitirdi. Təhsilini başa vurduqdan sonra, 1893-1895 və 1899-1906-cı illərdə Bakıda, 1895-1897-ci illər arasında Batumi və 1897-1899-cu illərdə Tiflisdə memar işləyib. 1899-1906 illəri arasında Bakıda memar olaraq çalışaraq xəstəxanalar və çoxmərtəbəli binalar dizayn etdi,ən diqqətəlayiq işi 1911-ci ildə tamamlanan Müqəddəs Faddey və Varfolomey kilsəsi oldu. 1906-cı ildən sonra həyatını siyasi və ictimai fəaliyyətə həsr etdi. Bir müddət Bakıda da işləyən Kaçaznuni daşnaklarla da Bakıda tanış olub. 1917-ci ildə Erməni Milli Şurasına üzv qəbul edilib, 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasında dövlət xeyriyyəsi naziri kimi çalışıb. Elə həmin il yaradılan Ermənistan Respublikasının baş naziri olan Daşnaksütyun Partiyasının lideri kimi də şöhrət qazanıb.
Yoxa çıxmış təyyarələrin siyahısı
1959-cu il dekabr ayının 13-də Aeroflota məxsus “İl-14P” sərnişin təyyarəsi Kabuldan havaya qalxaraq Daşkəndə doğru istiqamət götürdü. Onun göyərtəsində 25 sərnişin və 5 nəfər də gəmi heyəti vardı. Təyyarə Özbəkistanın Termez şəhərindəki hava limanına qısa eniş etdi və sonra yenidən havaya qalxdı. Amma Hissar dağ silsiləsi üzərindən uçarkən “İl-14P” ilə əlaqə kəsildi. Dərhal təyyarənin yoxa çıxması ilə bağlı axtarışlara başlanıldı. “İl-14P” -nin qəzaya uğraması ehtimal edilən bütün ərazilər qarış-qarış axtarıldı. Lakin təyyarənin izinə rast gəlmək mümkün olmadı. Üstündən 5,5 ay ötəndən sonra, 1960-cı il iyun ayının 2-də “İl-14P”-nin qalıqları təsadüfən hadisə yerinin yaxınlığından uçan vertolyot tərəfindən aşkar edildi. Dərhal bu barədə müvafiq qurumlara məlumat verdilər. Hadisə yerinə gələn axtarış qrupu tərəfindən müəyyən edildi ki, “İl-14P” məlum olmayan səbəblərdən dağa çırpılıb.
Polkovnikə məktub yoxdur
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Ölməyə vaxt yoxdur
Ölməyə vaxt yoxdur (ing. No Time to Die) — Kori Coci Fukunaqanın rejissorluğu ilə 2021-ci ildə çəkilmiş cəsus filmi. Ceyms Bond film seriyasının iyirmi beşinci filmidir. Bu Deniel Kreyqin baş rolda oynadığı sonuncu Ceyms Bond filmidir. Filmdə Ceyms Bond MI6-dakı işindən təqaüdə çıxır. Lakin sonra CIA girov götürülmüş bir alimin xilas edilməsi üçün ondan kömək istəyir. Bu missiya Bondu qisas almaq istəyən təhlükəli düşmənlə qarşıdurmaya aparır. Bu düşmənin milyonlarla insanın ölümünə səbəb ola biləcək güclü silahı var. Bond bu təhlükəni dayandırmaq və dünyanı xilas etmək üçün bacarıqlarından istifadə etməlidir. 007.com/no-time-to-die/ — Ölməyə vaxt yoxdur rəsmi saytı 007.com/the-films/no-time-to-die/ — No Time to Die rəsmi saytı at James Bond official website mgmstudios.com/007-no-time-to-die/ — No Time to Die rəsmi saytı at Metro-Goldwyn-Mayer official website mgm.com/movies/no-time-to-die — No Time to Die rəsmi saytı at MGM official website Ölməyə vaxt yoxdur — Internet Movie Database saytında.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Euro Xəbər (qəzet)
"Euro Xəbər" (qəzet) — 22 iyul 2004-cü ildə nəşr olunmuş qəzet. “Euro Xəbər” qəzeti “Belçika-Azərbaycan Evi” diaspor təşkilatının bilavasitə rəhbərliyi və təşkilatın sədri Bülənt Gurcamın iştirakı ilə “AzAvroBel” LTD firması tərəfindən təsis olunub. Qəzet fəaliyyətinə 2004-cü ildə başlayıb və ilk nömrəsi Milli mətbuatımızın ildönümü günü-22 iyulda işıq üzü görüb. Qəzetin ilk adı “Euxəbər” olub, sonradan “Euro Xəbər” adı ilə əvəz edilib. “Euro Xəbər”in kommersiya direktoru Məsum Ağayev, baş redaktoru isə Bülənt Gürcamdır. Qəzetin Bakı bölməsinə ayrı-ayrı vaxtlarda təcrübəli jurnalistlər - Nəsib İsmayılov, Cəlal Tağıyev və Novruz Novruzov redaktorluq etmişlər. “Avropaya addım-addım” devizi ilə nəşrə başlayan “Euro Xəbər” qəzeti Azərbaycan diasporunun yaranması və inkişafında böyük həcmdə səmərəli işlər görüb. Baş redaktor Bülənt Gürcam daim diaspor dəyərlərinin yüksək tutulması uğrunda yazılar çap etdirmişdir. Müstəqil Azərbaycanın Avrointeqrasiya yolunda irəlilədiyi bir vaxtda yaranan “Euro Xəbər” bu istiqamətdə də əməli fəaliyyət göstərmiş, “Belçika-Azərbaycan Evi” ilə birlikdə azərbaycanlıların müxtəlif xalqlarla qaynayıb-qarışması, digər dövlətlərdə yaşayan vətəndaşlarımızın həmin ölkələrin cəmiyyət həyatına alışmaları və ictimai-siyasi və humanitar sahədə fəaliyyətləri üçün təbliğat aparmışdır. Xüsusilə, Qədim Türk sivilizasiyasının tarixindən, ayrı-ayrı görkəmli türk dövlət xadimlərinin və sərkərdələrinin həyatından tarixi faktlar dərc edilmişdir.
Euronews xəbər kanalı
EuroNews — çoxdilli xəbər kanalı. Kanal yayıma 1 yanvar 1993-cü il tarixində Lionda başlamışdır. Xəbərləri Avropa perspektivindən dünyaya baxışlı xəbərlər çoxluğu təşkil edir və doqquz dildə yayımlanır. Euronews dünya səviyyəsində 151 ölkədə 330 milyon evə informasiya çatdırır. Tamaşaçı sayı baxımından Euronews, Avropa qitəsinin ən yüksək tamaşaçı nisbətinə sahib xəbər kanalıdır. Kanalda Avropa və dünyadan xəbərlər 30 dəqiqəlik aralarla efirə gedir. Kanalda AB ilə əlaqədar yayımlanan xəbərlər Avropa Komissiyası başda olmaqla milli yayım təşkilatları ilə əməkdaşlıq içərisindədir. Kanal Avropa Birliyindən hər il 5.000.000 € fond alır. 4 iyun 2008-ci il tarixində Euronews rəsmi internet saytını, emblemini və kanal qrafiklərini yeniləmişdir. Qurulduğu gündən bu yana isə dörd fərqli loqo istifadə etmişdir.
FARS Xəbər Agentliyi
Fars Xəbər Agentliyi (fars. خبرگزاری جمهوری اسلامی‎‎‎, ing. Fars News Agency), 2003-cü ildə yaradılmış , mərkəzi İranda yerləşən xəbər agentliyidir. Fars Xəbər Agentliyi özünü “İranın ən birinci müstəqil xəbər agentliyi” olaraq adlandırır, bununla bərabər digər media qurumları onu İran Dövlətinin “yarım-rəsmi” xəbər agentliyi olaraq qiymətləndirirlər. Fars Xəbər Agentliyi farscadan başqa, türkcə, ingiliscə və ərəbcə də xəbərlər verir.
Kərkük Xəbər Agentliyi
Kərkük Xəbər Agentliyi (türk. Kerkük Haber Ajansı) və ya qısaca KHA — İraqda fəaliyyət göstərən informasiya agentliyi. Baş direktoru Ersan Sarıkahyadır. Kərkük Xəbər Agentliyi 2005-ci ildə yaradılmışdır. Agentlik iki dildə – türk və ərəb dillərində fəaliyyət göstərir. 2011-ci ildə agentliyin ingilis dilində də xəbər yayımı planlaşdırılmışdır. Agentliyin İraqdan başqa, Türkiyənin Ankara şəhərində müxbir postu var.
Modern Xəbər Agentliyi
"Modern" Media Qrupu — Azərbaycanda fəaliyyət göstərən hökumətyönümlü media-qrup. Təsisçisi və rəhbəri Elşad Eyvazlı, müavini Pərvin Arzuqızıdır. Media-qrupa "modern.az" xəbər saytı, "AzEdu.az" təhsil saytı və "MediaTürk TV" internet televiziyası daxildir. Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Maqomayev 3 döngəsi, 1-ci Qəsr (indiki Şəhid Fərid Əliyev) döngəsi 78-də yerləşir. Poçt indeksi AZ 1001-dir. "Modern.az" İnformasiya Agentliyi xəbər portalı 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb. Xəbər portalı Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir. Baş redaktoru Anar Rüstəmovdur. AzEDU.az MMC 2018-ci il martın 1-dən fəaliyyət göstərir. "AzEdu.az" təhsil portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hesab etdiyi hadisələri Azərbaycan dilində çatdırır.
Xəbər budaq cümləsi
Xəbər budaq cümləsi baş cümlənin əvəzlik-qəliblə ifadə olunmuş xəbərini izah edir və ismi xəbərin suallarına (kimdir? nədir? nədəndir? nə oldu? necədir? və s.) cavab verir. Xəbər budaq cümləsində işlənən əvəzlik-qəliblər bunlardır: odur, budur, o idi, bu idi, elədir, belədir, eləsən, beləsən, oradadır, buradadır, burası idi, orasındadır, onun üçündür, bunun üçündür . Baş cümlənin xəbəri, əsasən, ismi xəbərli olur. Xəbər budaq cümləsində əvəzlik-qəlib, demək olar ki, həmişə işlənir. Əlaqə vasitəsindən asılı olaraq, xəbər budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra işlənə bilər.
Xəzər Xəbər (jurnal)
Xəzər Xəbər jurnalı
İç Xəbər (veriliş)
Adi xəbər verilişlərindən fərqlənən "İç Xəbər" əsasən cəmiyyətin görünən və görünməyən problemlərini efirə çıxarır. Veriliş həftəiçi hər gün 2 dəfə efirə çıxır. Veriliş 1998-ci ildən efirdədir.
Fərat Xəbər Agentliyi
Fərat Xəbər Agentliyi (ANF; kürd. Ajansa Nûçeyan a Firatê, türk. Fırat Haber Ajansı) — Yaxın Şərqdən geniş şəkildə kürd məsələlərinə aid xəbərləri toplayan və yayımlayan xəbər agentliyi. Xəbər agentliyinin Amsterdamda ofisləri və müxtəlif ölkələrdə jurnalistləri var. Müxtəlif şəkildə kürd tərəfdarı, PKK tərəfdarı, və ya PKK-ya bağlı olaraq təsvir edilmişdir. CBC və "Reuters" ANF-ni PKK-ya "yaxın" kimi təsvir etmişdir, "Deutsche Welle" bu iki qurumun "əlaqələrinin" olduğunu bildirmişdir. BBC növbə ilə ANF-ni "kürd tərəfdarı" və "PKK tərəfdarı" adlandırmışdır. ANF-nin PKK ilə əlaqəsi olduğu iddia edildiyi üçün Türkiyədən internet saytlarına giriş dəfələrlə Türkiyə məhkəmələri tərəfindən bloklanmış, ölkədə aktiv sosial media hesabları bağlanmış və jurnalistləri Türkiyədə saxlanılmışdır.